Şənbə , 14 Mart 2026
Drone Cameras

Ukraynada müharibə başlayandan məşğul sakinlərin 37 faizi iş yerini itirib

Ukraynada müharibə başlayandan məşğul sakinlərin 37 faizi iş yerini itirib və hazırda işləmir.

Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Reytinq” sosioloji qrupun sorğusunda bildirilib.

Sorğunun nəticəsinə görə, 2022-ci ilin sentyabr ayına olan məlumata əsasən, müharibədən əvvəl işləyənlərin 61 faizi işləyir. Onların 36 faizi tam iş günü, 19 faizi qismən və ya məsafədən işləyir, 6 faizi isə yeni iş yeri tapıb.

Sosioloqların fikrincə, işini itirənlərin çoxu Ukraynanın şərq rayonlarının sakinləri, qadınlar, ən yoxsullar, eləcə də məcburi köçkünlərdir. Əvvəlki sorğularla müqayisədə mərkəzi və qərb rayonlarında işə qayıtmaqda nəzərəçarpacaq müsbət tendensiyalar var.

(Report.az)

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …