Ukrayna Ali Radasına hərbi xidmətə yarayan kişilərin ölkə ərazisində müharibə zamanı iştirak etmədiklərinə görə cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib
Müharibə zamanı hərbi xidmətə yarayan kişilərin xaricə qanunsuz getməsi ilə bağlı sualı cavablandıran Aleksey Danilov qeyd edib ki, Ali Radaya deputat tərəfindən müharibə zamanı iştirak etməyənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.
“Hər kəsi əmin edərək deyə bilərəm ki, müasir dünyada bunu gizlətmək olmaz və bu və ya digər şəxsin harada qalması məlum olacaq. Söhbət məşhur insanlardan, oliqarxlardan, keçmiş deputatlarından gedir, bu adamların sayı o qədər də çox deyil. Onlar hansısa yolla xaricə getsələr də, bu o demək deyil ki, onlar geri qayıtmayacaqlar. Ukrayna pasportu var. Gec-tez müharibə başa çatacaq və ölkənin köməyə ehtiyacı olanda kimin harada olduğu başa düşüləcək”, – Danilov vurğulayıb.