Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ukraynada müharibənin qızğın mərhələsinin başa çatma vaxtı açıqlanıb

Ukraynada müharibənin qızğın mərhələsinin başa çatacağı vaxt açıqlanıb.

Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç teleqram kanalında bildirib.

Onun sözlərinə görə, müharibənin qızğın mərhələsi 2-3 həftəyə başa çatmalıdır:

“Kiyev, Xarkov, Sumı yaxınlığında döyüşlər başa çatıb. Onlar hətta hansısa ehtiyatlarını tapıb gətirərək hücuma keçmək istəsələr belə məğlubiyyətə düçar olacaqlar. Məsələ bir həftə və ya 10 günədək uzana bilər. Nəticə bəllidir, onlar strateji cəhətdən artıq uduzduqları kimi əməliyyatı da uduzacaqlar. Fikrimcə, Kiyev sakinlərindən çıxıb gedənlər aprelin ortalarında və ya sonunda evlərinə qayıda biləcəklər”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …