Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ukraynadan tanınmış Diaspor rəhbəri Arif Quliyev Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Boyukmillet.com həmin müraciəti təqdim edir:

Möhtərəm cənab Prezident!

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri olan soydaşlarımız fevralın 7-dəki növbədənkənar prezident seçkilərində Sizə, qalib xalqın – qalib Liderinə layiqli dəstək olmağı özlərinə böyük şərəf hesab edirlər.

Mən Ukraynada hələ əsrin əvvəlində “Millət Atası…”, “İlham Əliyev Azərbaycanın gələcək liderimi? Niyə də yox?!” adlı məqalə və kitablarımda çox böyük qürur hissi ilə Sizin Prezident və dünya azərbaycanlılarının Lideri kimi ən dəyərli, dünya səviyyəsində təsdiqlənən fəaliyyətinizi geniş şərh etmişəm.

Sizin müstəsna vətənpərvərliyiniz, Vətənə bağlılığınız nəticəsində Azərbaycanın Cənubi Qafqazın şəksiz liderinə çevrilərək dünyada böyük nüfuz qazanması da seçkilər zamanı Azərbaycan xalqının Sizinlə yekdilliyini bir daha təsdiqləyəcək.

Sizin Azərbaycanımıza rəhbərliyinizin 20-ci ilində Ulu Öndərimizin vəsiyyətlərini yerinə yetirməyə layiqli töhfələriniz – ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təminatı olub. Müzəffər Ali Baş Komandan, Prezident, Ordu, xalq və beynəlxalq hüquq həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imzanızla 30 illik işğala son qoyubsunuz. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan 4 qətnaməsinin icrası və Silahlı Qüvvələrimizin 23 saat ərzində lokal xarakterli antiterror tədbirləri ilə ölkə suverenliyinin tam təminatı hər birimizdə inam yaradır ki, 7 fevral – növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin qalibi məhz Siz olacaqsınız.

Dərin hörmət, inam və ehtiramla,

Quliyev Arif Cəmil oğlu,

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, Ukraynanın Əməkdar təhsil işçisi, “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin professoru, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki.

Ukrayna, Kiyev şəhəri.

President.az

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …