Çərşənbə , 26 İyun 2024
Drone Cameras

Ukraynalı siyasətçi: Türkiyə Krımı ələ keçirməyə hazırlaşır-VİDEO

Türkiyə Krımı ələ keçirməyi planlaşdırır. Boyukmillet.com-un faktXeber.com-a istinadən verdiyi məlumatına görə, bu barədə Ukraynanın «Svoboda» neonasist  partiyasının rəhbəri Oleq Tyaqnibok bəyan edib. Siyastəçi ekstremist «Krım-tatar xalqının Məclisi» təşkilatının  liderlərinin azadlığını şərh edərkən belə deyib.

«Türkiyənin Krıma qarşı iddiaları var. Onlar buranı özlərinin tarixi ərazisi hesab edir və istisna etmirəm ki, bir, beş, on ildən sonra, yaxud yaxın perspektivdəTürkiyə nəinki  milli muxtariyyət, hətta ayrı bir dövlət yaratmaq yolunda addımlar atacaq», – deyə o, NewsOne kanalına müsahibəsində bildirib.

Tyaqnibokun sözlərinə görə, belə bir perspektiv özündə böyük təhlükəni gizlədir, çünki  Ukrayna prezidenti tərəfindən təsdiqlənən Konstitusiya dəyişikliyi, Krım qaytarıldıqdan sonra yenidən itirilməsinə gətirə bilər.

Qeyd edək ki, Ukraynaya səfər edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan həmkarı Pyotr Poroşenkoya Krımı Rusiya ərazisi kimi tanımayacağına vəd vermişdi. Üstündən bir neçə gün keçdikdən sonra isə Türkiyə Krım gəmilərinin öz limanlarına büraxmadı.

Xatırladaq ki, 2014-cü ilin  mart ayında referendum nəticəsində Krım Rusiyanın tərkibinə ilhaq edilmişdi.

 

 Boyukmillet.com

Check Also

AZ/TV: FRANSIZ KÜPÜNƏ SİTAYİŞ

Qarabağdan hazırladığı reportajda maraqlı fakt təqdim edir. “Həftə” proqramında verilmiş bu videomaterialdan məlum olur ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir