Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ukraynalı deputatlar Kiyevdə Azərbaycan diasporunun ofisinə toplaşdı – FOTOLAR

Kiyev şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü ilə əlaqədar “Azərbaycan,Ukrayna: tarixi paralellər“ mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.

Boyukmillet.com xeber verir ki Ukraynadan daxil olan məlumatda bildirilir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada Ukrayna Ali Radasının deputatları Sergey Taruta, Andrey Nikolenko, Svyatoslav Yuraş, Vadim Struneviç, Aleksandr Dubinskiy, Aleksandr Kunitskiy,Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov, diaspor nümayəndələri və ziyalılar iştirak ediblər.

Tədbirə qatılanlar əvvəlcə  Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin yeni mərkəzi  ilə tanış olublar.  İştirakçılara  1918-ci ildə şərqdə ilk dəfə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən söz açan  Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev o dövr Bakıda fəaliyyət göstərən xarici dövlətin diplomatik missiyaları arasında Ukraynanın da nümayəndəliyinin olduğunu bildirib.

Qeyd edib ki, tarixin bütün dönəmlərində bir-birinə yaxından dəstək verən Azərbaycan və Ukrayna xalqı bu gün də dostluq və qardaşlıq münasibətlərini uğurla davam etdirir. Müstəqillik tarixlərini qoşa addımlayan ölkələrimiz beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınır. Azərbaycanın 2-ci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini bildirən  diaspora sədri Ukraynanın da eyni senariyə uyğun olaraq 20 faizə yaxın ərazilərinin işğala məruz qaldığını diqqətə çatdırıb.

R.Tağıyev müstəqil Azərbaycanla Ukraynanın tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında Ümummilli llider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edərək Prezident İlham Əliyevin də ikitərəfli münasibətlərin daha da inkişaf edirilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov ölkələrimiz arasında iqtisadi, siyasi, elmi, mədəni, energetika, nəqliyyat və digər sahələrdə mövcud olan əlaqələrin inkişaf dinamikasından bəhs edib. Ulu öndər Heydər Əliyevin Azərbaycan və Ukrayna münasibətlərinin memarı və qurucusu olduğunu bildirən diplomat qeyd edib ki, ölkələrimiz ötən yüz ildə bir çox uğurlar əldə etməklə yanaşı, müxtəlif çətinliklərlə üzləşiblər. Sevindirici haldır ki, hər iki dövlət beynəlxalq arenada prinsipal məsələlərdə eyni mövqedən çıxış edərək həmrəylik nümayiş etdiriblər.

Ukrayna Ali radasının deputatı Sergey Taruta əsirlər boyu Azərbaycan və Ukrayna xalqlarının müstəqillik uğrunda apardıqları mübarizə tarixindən söz açıb. Ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrinin inkişaf edilməsində böyük dövlət xadimi Heydər Əliyev və Leonid Kuçmanın tarixi xidmətlərindən danışıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan qlobal sosial iqtisadi inkişaf strategiyasından söz açan deputat müstəqil Azərbaycan dövlətinin üzləşdiyi çətinliklərə baxmayaraq Cənubi Qafqazın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsinin qürurverici hal olduğunu vurğulayıb. Sergey TarutaUkraynanın ən aparıcı diaspora təşkilatı olan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin səmərəli fəaliyyətindən bəhs edərək Ukrayna Ali Radası ilə üz-üzə olan Konqresin yeni ofisinin işinə uğurlar arzulayıb.

Azərbaycan xalq Xalq Cümhuriyyətinin 102-ci ildönümü münasibəti ilə  xalqımıza xoş və səmimi təbriklərini çatdıran Ukrayna Ali Radasının deputatları Andrey Nikolenko, Svyatoslav Yuraş, Aleksandr Dubinskiy, Vadim Struneviç və Aleksandr Kunitskiytarix boyu iki ölkə arasında münasibətlərin səmimiyyətə və dostluğa söykəndiyini vurğulayıblar.

Qeyd ediblər ki, bu gün Azərbaycan və Ukrayna parlamentləri arasında sıx və səmimi əməkdaşlıq mövcuddur, deputatlar beynəlxalq təşkilatlarda bir-birilərinə dəstəklərini əsirgəmirlər. Ali Radanın deputatları bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduqlarını bildiriblər.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev tədbirə onlayn qoşularaq Azərbaycan-Ukrayna dostluq əlaqələrindən danışıb. Hər iki ölkənin parlament təmsilçilərinin mütamadi olaraq qarşılıqlı səfərlərinin təşkil olumasının vacibliyini bildirib.

Daha sonra azərbaycanlı ziyalılar Ukrayna Ağsaqqallar Şurasının sədri Firuddin Mamedov, professor Arif Quliyev, professor Fərhad Turanlı, diaspor fəalları Hacı Əbülfəz Qasımov, Fazil Əsgərov iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrdən danışıblar.

Boyukmillet.com

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …