Bazar , 16 İyun 2024
Drone Cameras

Ukraynanın ərazisində nüvə silahı yerləşdiriləcək?

İsveç və Polşa ərazilərində NATO nüvə hazırlıqlarının yerləşdirilməsinin ardınca ərazisində genişmiqyaslı müharibə gedən Ukraynanın da buna qoşulması müzakirə olunur.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “Report”un Şərqi Avropa bürosuna müsahibəsində buna aydınlıq gətirib.

“Burada nüvə silahlarından danışmağa lüzum yoxdur. Buna ehtiyacımız yoxdur. Təcavüzü effektiv şəkildə dəf etmək üçün kifayət qədər həcmdə adi silah əldə etmək imkanından danışmalıyıq. Çünki hələ də silahların sayı ilə bağlı problemlərimiz var. İstərdik ki, daha çox adi silahlarımız olsun. Mənə elə gəlir ki, Rusiya, prinsipcə, artıq qlobal nüvə hücumunun qarşısının alınması haqqında müqaviləni, nüvə silahının yayılmaması haqqında müqaviləni pozub. Rusiya əvvəla, nüvə texnologiyasını İran kimi ölkələrə ötürmək üçün istifadə edir. Biz bunu təkcə texnologiya deyil, həm də xammalla bağlı olduğunu yaxşı bilirik. Rusiya taktiki nüvə silahlarının, taktiki nüvə başlıqlarının bir hissəsini Belarusa köçürüb. Amma bunu etmək hüququ yox idi. Təbii ki, Rusiya da, prinsipcə, qlobal təhlükəsizliyin daha bir böyük qatını sıfırlayır”, – rəsmi vurğulayıb.

“Bundan əlavə, unutmayaq ki, Rusiya işğal olunmuş Zaporojye nüvə stansiyasından qlobal şantajın əsas elementlərindən biri kimi istifadə edir. Yəni başa düşmək lazımdır ki, burada məsələ nüvə silahının yerləşdirilməsi və ya yerləşdirilməməsi ilə bağlı deyil, məsələ odur ki, Rusiya bütün bu pozulmuş beynəlxalq müqavilələrə görə cavab verməlidir”, – M.Podolyak vurğulayıb.

Check Also

Ermənistanda etirazçıların kütləvi həbsinə başlanılıb

Səhər saatlarında Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …