Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukraynanın hərbi eksperti təmas xəttindən son durumu açıqlayır

“Hazırda təmas xəttində düşmənin heç bir paranormal fəallığı müşahidə olunmur. Hər şey adi rejimdədir – onlar bölmələrinin döyüş hazırlığını yoxlamaq üçün planlaşdırılmış tədbirlər həyata keçirirlər. Bəzən mövqelərimizi atəşə tutmaqla təxribatlar törədirlər, lakin bunlar daha çox imitasiya, nümayiş xarakterli hərəkətlərdir”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında hazırda Ukrayna Silahlı Qüvvələrinin tərkibində ölkənin şərqində “ATO” bölgəsində olan hərbi-siyasi ekspert, Rusiya təbliğatına qarş Mərkəzin rəhbəri Yuriy Koçevenko bildirib.

O, qeyd edib ki, qarşı tərəf həmçinin texnikalarını nümayişkaranə şəkildə hərəkət elətdirirlər:

“Zaman-zaman radio oyun təşkil edirlər: açıq tezliklərdə guya hansısa addımlar atacaqlarını, atəş açacaqlarını və s. planlaşdırdıqlarını söyləyirlər. Bir sözlə, düşmən bizi gərginlikdə saxlamağa çalışır, amma hücum üçün heç bir hazırlıq aparmırlar”, – deyə, Koçevenko bildirib.

Ekspert vurğulayır ki, Ukraynanın şərqdə tapşırıqlarını yerinə yetirən Ukrayna Silahlı Qüvvələri yüksək döyüş hazırlığındadır.

“Onlar lazımi hər şey – şəxsi heyət, texnika, silah, yanacaq ilə təmin olunublar. Döyüş ruhu yüksək səviyyədədir, istənilən tapşırığı yerinə yetirməyə hazırdırlar. Müdafiəçilərin sıralarında ab-hava sakitdir. İndi elə görünür ki, şərqdə vəziyyət Kiyevlə müqayisədə daha sakitdir. Biz təhlükənin fərqindəyik. Amma bu, bizim emosional vəziyyətimizə təsir etmir. Ukrayna Silahlı Qüvvələri əvvəlki kimi, vəziyyətdən asılı olmayaraq, verilən döyüş tapşırıqlarını yerinə yetirir”, – Yuri Koçevenko bildirib

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …