Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ukraynanın Nikolayev şəhərinə endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı artıb

Ukraynanın Nikolayev şəhərində vilayət dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Ölənlər arasında hərbi administrasiyası rəhbərinin köməkçisi də var. Onun meyiti dağıntılar altından bu gün çıxarılıb.

Vitali Kim deyib ki, Nikolayev vilayətində yerli sakinlərə zədələnmiş hərbi texnikaların hissələrini götürüb metal tullantılarının qəbul mərkəzlərinə təhvil vermək qadağan olunacaq. O, Ukrayna ordusunun ehtiyacları üçün istifadə ediləcək.

Bundan əlavə, Kim Nikolayev vilayətinin ərazisində yerləşən Rusiya qüvvələrinə müqavimət göstərmək üçün xüsusi qruplar yaradıldığını deyib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …