Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Ukraynanın Təhlükəsizlik Xidmətinin polkovnikini öldürən Rusiya agentləri zərərsizləşdirilib

Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə xüsusi əməliyyat çərçivəsində Kiyevdə UTX-nin polkovnikini öldürən xüsusi xidmət orqanlarının agentlərini zərərsizləşdiriblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanı özünün teleqram kanalında məlumat yayıb.

Xüsusi əməliyyata UTX-nin rəhbəri Vasili Malyukun şəxsən rəhbərlik etdiyi qeyd olunur.

“Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agent-döyüş qrupu əvvəlcədən Ukraynaya göndərilib və üç gün əvvəl UTX-nin əməkdaşı, polkovnik yoldaşımız İvan Voroniç öldürülüb. Gizli axtarış və aktiv əks-kəşfiyyat fəaliyyəti nəticəsində düşmənin məkanı aşkar edilib. Həbs zamanı müqavimət göstərməyə başlayıblar, atəş açanlar zərərsizləşdirilib”, – Malyuk deyib.

İstintaqın məlumatına görə, ukraynalı polkovnikin qətlini iki nəfər – kişi və qadın törədib. Onların idarəçisi UTX-nin əməkdaşını izləməyi, onun gündəlik cədvəlini və səyahət marşrutlarını təyin etməyi əmr edib.

Xatırladaq ki, iyulun 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Kiyevin Qoloseyevski rayonunda güllələnib. O, 5 güllə yarası alıb və hadisə yerində ölüb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …