Bazar , 19 Yanvar 2025
Drone Cameras

Ukraynanın Xerson vilayəti atəşə tutulub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Ukraynanın Xerson vilayətinin yaşayış məntəqələrinin Rusiya ordusunun artilleriya atəşinə məruz qalması nəticəsində 3 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Bu barədə Boyukmillet.com Xersonun vilayət hərbi administrasiyasına istinadən xəbər verir.

Bildirilir ki, Rusiyanın hücumu nəticəsində bir sıra mülki infrastruktur obyektləri: Xerson Regional Klinik Xəstəxanası, məktəb, avtovağzal, poçt, bank və yaşayış binaları ziyan çəkib.

“Hazırda Rusiyanın endirdiyi zərbələr nəticəsində 9 nəfərin zərər çəkdiyi məlumdur: 3 nəfər həlak olub, 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bütün zərərçəkənlər tibb müəssisələrinə aparılıb, onlara tibbi yardım göstərilir. Bir nəfərin vəziyyəti ağırdır”, – məlumatda bildirilir.

Yaralananlar arasında mərmi atılan zaman rayon xəstəxanasında olan tibb bacısı da var. Qadın əməliyyat olunub, onun xəsarəti orta ağırdır.

Check Also

KİV: Zelenski Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq edib

Ukrayna ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq …