Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ukraynaya kütləvi raket hücumu həyata keçirilib

Ukraynaya kütləvi raket hücumu həyata keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, ölkənin bir çox vilayət və şəhərlərində, o cümlədən Kiyev şəhəri və vilayətində ard-arda partlayışlar olub.

Rusiya “Shahed” pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə Ukrayna ərazisini vurub.

Bütün ölkə ərazisində hava hücumundan müdafiə sistemləri işə düşüb.

Kütləvi hücumun nəticələri barədə hələ ki məlumat yoxdur.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …