Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Ulu Öndər bizim hər birimiz üçün bir idealdır” ÖZƏL-MÜNASİBƏT

Azərbaycanda 1988-ci ildən sonra baş verən hadisələrin şahidiyəm və mən özüm də məcburi koçkünlərdən olduğum üçün Azərbaycanda baş verən hadisələri görürdük və bilirdik ki, bütün bu məsələlərə, problemlərə yalnız Ulu Öndər Heydər Əliyevin gəlişi son qoyacaqdır. Bu sözləri SİA-ya müsahibəsində “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə deyib.

İctimai Birliyin sədri qeyd edib ki, o zaman baş verən hadisələr zamanın tələbi olsa da Azərbaycanı uçuruma aparacaqdı.

“Heç bir beynəlxalq aləmdə də biz ciddi qəbul edilməyəcəkdik və Ümummilli Lider Heydər Əliyevin gəlişi bütün bunların qarşısını aldı. Mən həmişə deyirəm ki, həqiqətən də Ulu Öndər bizim hər birimiz üçün bir idealdır, fenomendir, böyük bir gücdür. Mən ermənilərin arasında yaşayanda da şahidi olmuşam ki, onun hətta portretindən də çəkinirdilər və bilirdilər ki, Heydər Əliyev Azərbaycanı qoruyur. Ona görə də doğrudan da bu gün Azərbaycanın iqtisadi inkişafı, Azərbaycanın bu gün hər bir sahədə irəliləyişi, uğurları hamısı məhz Ulu Öndərlə bağlıdır. Onun gəlişi Azərbaycanın çiçəklənməsinə səbəb oldu. Biz inanırıq ki, istər beynəlxalq aləmdə bizim imicimizin qaldırılmasında, istərsə də daxildə olan sabitliyin, inkişafın təminatında Ümummilli Liderin xidmətləri misilsizdir.

İnsanların nə dərəcədə çətin vəziyyətdə yaşamaları da olub və bu çətin vəziyyətdən bizi xilas edən, qurtaran Ümummilli Lider olub. Mən yalnız deyə bilərəm ki, biz bir millət olaraq doğrudan da onunla qürur duymalıyıq. Tək biz deyil, elə gələcək nəsil də qurur duymalıdır, və bilməlidir ki, nə yaxşı Ulu Öndər Heydər Əliyev olub”, deyə İradə Rzazadə bildirib.Müəllif: İnam Hacıyev

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …