“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi 01 sentyabr 2022-ci il tarixindən (“Ümid” SİD) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək” təşəbbüsü layihəsinin icrasına başlamışdır.
Layihənin hədəf ərazisi Bakı şəhəri nəzərdə tutulmuşdur. Bu ərazinin seçilməsinin əsas səbəbi Elm və Təhsil Nazirliyinin müəllim-valideyn-icma münasibətlərini formalaşdırması üçün müəyyənləşdirdiyi pilot məktəblərin əsasən bu ərazidə olmasıdır. Layihənin icra müddəti 3 ay olacaqdır.
Layihənin əsas ideyası hədəf məktəblərdə icma-məktəb (valideyn–müəllim, məktəb-valideyn, sahibkar-icma və s.) münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və təkmilləşdirilməsi imkanlarının və icma üzvlərinin (icmada fəaliyyət göstərən sahibkarların, icmada yaşayan nüfuzlu şəxslərin, yerli hökumət orqanlarının, valideynlərin və s.) təhsil prosesində iştirakının artırılması üçün lazım olan mühit amillərinin müəyyənləşdirilməsindən və bu münasibətlərin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasından ibarətdir.
Layihənin ilkin mərhələsində hədəf ərazidə fəaliyyət göstərən məktəblərdə müəllimlər, məktəb rəhbərliyi, məktəblərin yerləşdiyi icmalarda valideynlər, fəaliyyət göstərən sahibkarlar, icmada yaşayan nüfuzlu şəxslər, yerli hökumət orqanları və bələdiyyə nümayəndələri olmaqla cəmi 175 nəfərlə sorğular aparılacaq, sorğular vasitəsilə maraqlı tərəflərin məktəblərin tədris və ictimai həyatında iştirak səviyyəsi öyrəniləcək, onların məktəbin tədris, tərbiyyə, ictimai və dərsdən kənar tədbirlərində aktivliyi öyrəniləcəkdir.
Daha sonra sorğuların nəticələri təhlil ediləcək və icmanın məktəb həyatındakı iştirak səviyyəsi müəyyənləşdiriləcək, valideyn-məktəb, icma-məktəb münasibətlərinin təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlanacaqdır. 3-cü mərhələdə təkliflər paketi icma üzvləri və məktəb kollektivləri ilə müzakirə ediləcək, təkliflər paketinə uyğun olaraq valideyn-məktəb, valideyn-müəllim və icma-məktəb münasibətlərinin təkmilləşdirilməsi barədə plan hazırlanaraq məktəb kollektivinə təqdim ediləcəkdir. Sonda təkliflər paketi təhsil ekspertləri və QHT nümayəndələri ilə müzakirə ediləcək və Təhsil Nazirliyinə təqdim olunacaqdır.
Layihənin əsas hədəf qrupu Elm və Təhsil Nazirliyinin müəllim-valideyn-icma münasibətlərini formalaşdırması üçün müəyyənləşdirdiyi pilot məktəblər və ya Elm və Təhsil Nazirliyiyi ilə razılaşdırılmış (ən azı 2 məktəb) və bu məktəblərin yerləşdiyi icmalar nəzərdə tutulur. Layihədən faydalananlar isə həmin məktəblərin müəllim kollektivi və valideynlər (ən azı 200 nəfər), həmçinin Elm və Təhsil Nazirliyi olacaqdır. Təhsil Nazirliyinə təqdim olunacaq təkliflər paketi aztəminatlı təbəqənin təhsil prosesində iştirakı kimi fərqləndirici xüsusiyyətə malik olacaq və Təhsil Nazirliyi bunu tövsiyə kimi məktəblərə təqdim edə bilər.
Check Also
Azərbaycan jurnalistə təzminat ödəyəcək
AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …