Şənbə , 23 Noyabr 2024
Drone Cameras

USAID missiyasının rəhbəri: “Şadıq ki, Azərbaycan öz ərazilərini geri qaytara bildi”

“USAID Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləyir”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx bildirib.

“Şadıq ki, Azərbaycan öz ərazilərini geri qaytara bildi. Bu da bizim həyatımızı daha maraqlı edir, çünki yeni investisiya sahələri meydana gəlir”, – o deyib.

Sinqx USAID-in “Sosial İştiraka Dəstək” adlı 5 illik proqramının Azərbaycanın azad edilmiş əraziləri üçün 15 milyon ABŞ dolları məbləğində maliyyələşməni nəzərdə tutduğunu bildirib.

“Biz daha çox iş görmək istəyirik, lakin bu, hələ başlanğıcdır. Bizim əsas prioritetlərimizdən biri, təxminən, 30 il sonra öz evlərinə qayıdan məcburi köçkünlərə dəstək verməkdir. Bu qədər uzun müddət məcburi köçkün olmuş vətəndaşlara dəstək verilməsi yollarını tapmaq istəyirik”.

Müsahibənin tam versiyası ilə bu keçiddə tanış ola bilərsiniz.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …