Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Uşaq qatili olan ermənilərin daha bir qanlı cinayəti

Bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bir ailə həlak oldu. Dünyasını dəyişənlərdən ikisi uşaqdır.

Uşaqlar dünyanın ən böyük səadətidir. Onlarsız həyatın sevinci yoxdur. İnsan həyatında hər zaman ən məsum, günahsız varlıqlar məhz uşaqlar olub. Hər bir ailənin xoşbəxtlik timsalı, dünyanın sülh rəmzi yenə onlardır. Amma bu xoşbəxtliyə göz qırpmadan qıyanlar da var. Bu cür vəhşiliklər bəlkə də bəşər tarixində baş verən ən dəhşətli müharibələrdə belə törədilməyib. Lakin bunu erməni hərbçilərinə aid etmək olmur.

Şəhriyar Qurbanov və Fidan Qurbanova. Əmioğlu-əmiqızıdırlar. Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində təhsil alırdılar. Həlak olanlardan 14 yaşlı Fidan Quliyevanın xalası Pərvanə Quliyeva bildirib ki, ermənilər necə ki, illər öncə Xocalıda uşaqları qətlə yetirirdilər, indi də eyni hərəkətlərini davam etdirirlər.

“Onlar uşaq qatilidirlər. İnşallah bütün torpaqlarımız alınar uşaqlarımızın qanı yerdə qalmaz”.

Ermənilər tərəfindən atılan top mərmisinin partlaması nəticəsində həlak olan yeniyetmədən biri də 13 yaşlı Şəhriyar Qurbanovdur. Onun əmisi Bəxtiyar Qurbanov isə düşmənin şərəfsiz olduğunu, mülki şəxsləri hədəfə alaraq terrorçu olduqlarını bir daha sübut etdiklərini bildirib.

“Onlar mənim ata və anamı, qardaşımın balalarını qətlə yetirdilər. Onlar döyüşü belə kişi kimi etmirlər, uşaqları, yaşlı insanları qətlə yetirirlər. İnsanlıqdan çıxmış qatildirlər. Biz onların özünlə döyüşürük, biz onlar kimi uşaq öldürmərik. Öz heyfimizi onların özlərindən alacağıq”.

Fidan və Şəhriyar bacı-qardaş kimi böyüyüblər. Onların hər ikisinin xüsüsi qabiliyyətləri olub. Şəhriyar böyüyəndə musiqiçi, Fidan isə həkim olmaq istəyirmiş.

Mərhumların oxuduğu orta məktəbin müəlliməsi Flora Bayramova onlarla bağlı xatirələrini bölüşüb:

“Mən Şəhriyarın sinif müəlliməsi olmuşam. O, səmimi və yaxşı şagird olub. Oxumağa həvəsi olduğu kimi müsiqiyə də həvəsi çox idi. Həmçinin Fidanın da xasiyyəti gözəl idi, məktəbdə bacarıqlı şagirdlərdən biri olub. Gözəl əl işləri vardı. Baxın bunlar da, ondan bizə qalan xatirə oldu”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan ailənin 5 üzvü, 1951-ci il təvəllüdlü Elbrus Qurbanov, 1956-cı il təvəllüdlü Şəfayət Qurbanova, 2006-cı il təvəllüdlü Fidan Qurbanova, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 1981-ci il təvəllüdlü Afaq Əmirova Qaşaltı Qaraqoyunlu kənd qəbirstanlığında torpağa tapşırılıblar.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …