Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Uşaqların 95%-i peyvəndlərlə əhatə olunacaq – Nazir AÇIQLADI

Azərbaycanda gələn ilin sonuna uşaqların 95 %-nin peyvəndlərlə əhatə olunması nəzərdə tutulur.

Boyukmillet.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı çıxışında deyib.

Nazirin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, hər bir ölkədə uşaqların 90 faizi peyvəndlə əhatə olunmalıdır:

“Bu göstəricilərə nail olunması uşaqlar arasında ölüm hallarının qarşısının alınmasına xidmət edir. Ona görə də bu sahəyə vəsaitin artırılması vacibdir”.

T.Musayev xatırladıb ki, 2026-cı ildə dövlət büdcəsindən Səhiyyə Nazirliyinə 274,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Check Also

Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədən qadın biznesmen CƏZALANDIRILDI

Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, şəhərdə …