Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

ÜST-dən koronavirus peyvəndi ilə bağlı tövsiyə

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab etmir ki, koronavirus əleyhinə peyvənd məcburi olmalıdır.

Boyukmillet.com  xəbər verir ki, bu barədə təşkilatın İmmunitetləşdirmə Departamentinin rəhbəri Keyt O Brayen bildirib.

“Düşünmürəm ki, məcburi vaksinləmə yolu ilə getməliyik”, – o deyib.

Bir qədər əvvəl analoji fikirlə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan da çıxış edib.

Qeyd edək ki, pandemiyanın əvvəlindən dünyada koronavirusa 67 milyon yoluxma qeydə alınıb, virusa yoluxmuş 46 milyon insan sağalıb, eyni zamanda 1,5 milyondan çox pasiyent təhlükəli infeksiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Check Also

13 yaşlı qızı cinsi istismara məruz qoyan 24 yaşlı kişi necə azadlıqda qala bildi?

Zərərçəkənin anası məhkəmədə bildirib ki, kişinin həbsdə qalmasının qızına müsbət təsiri yoxdur, ona görə də …