Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

ÜST nümayəndəsi: “Azərbaycanda “mü” ştamı ilə yoluxma faktı qeydə alınmayıb”

“Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “mü” ştamı ilə yoluxma faktı qeydə alınmayıb. “Mü” ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır”.

Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, “mü” ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: “Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un “mü” ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq”.

Check Also

SON DƏQİQƏ! Azərbaycanda quş qripi yayılıb? AÇIQLANDI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanvarın 12-16-da Azərbaycan ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi …