Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə o, Romada G20-nin maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib.
ÜST rəhbəri bildirib ki, Yer kürəsində başqa bir virusun yayılmasının qarşısını almaq qeyri-mümkündür və bioloji baxımdan danılmazdır.
“Bu pandemiyaya son qoysaq belə, onun bizə öyrətdiyi dərsləri öyrənməli və növbəti pandemiyaya hazırlaşmalıyıq”, – ÜST rəhbəri bildirib.
“Bioloji nöqteyi-nəzərindən nə vaxtsa başqa bir virusun olacağına heç bir şübhə yoxdur, biz sadəcə onun qarşısını ala bilməyəcəyik”, – əlavə edib.
Qebreyesusun fikrincə, yüksək səviyyəli təhdidlər onlara qarşı mübarizə aparmaq üçün yüksək səviyyəli siyasi iştirak tələb edir. O, bununla əlaqədar G20-ni pandemiyaya hazırlığa, ona cavab tədbirləri ilə bağlı hüquqi cəhətdən məcburi beynəlxalq sazişin bağlanmasını dəstəkləməyə çağırıb. Bu məsələ ilə bağlı qərarın Ümumdünya Səhiyyə Assambleyasının noyabrda keçiriləcək xüsusi sessiyasında qəbul edilməsi planlaşdırılır.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri dünyada vaksinlərə çıxışda bərabərliyin olmamasına diqqət çəkib. O xatırladıb ki, hazırda dünya sakinlərinin 36%-i koronavirusa qarşı tam peyvənd olunub, lakin Afrikada bu rəqəm cəmi 6%-dir.
Baş direktor eyni zamanda vurğulayıb ki, peyvəndlər insanların həyatını xilas etsə də, infeksiyanın ötürülməsini dayandırmır. Ona görə də hər bir ölkə bütün vasitələrdən, o cümlədən səhiyyə və sosial sahədə hazırlanmış tədbirlərdən sınaq, müalicə və vaksinlərlə birgə” istifadə etməlidir”, – deyə o, yekunlaşdırıb.
Buna görə də hər ölkə səhiyyə və sosial sferada hazırlanmış tədbirlər daxil olmaqla, bütün vasitələrdən istifadə etməlidir.