Cümə axşamı , 19 Mart 2026
Drone Cameras

Usubov rəis müavinini sistemdən qovdu, təhqiqatçını işdən çıxardı, əməliyyatçı və…. – Vəkilin döyülməsi ilə bağlı

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində vəkil Orxan Kəngərlini döyən polislər işdən çıxarılıb.  
 
boyukmillet.com xəbər verir ki, bu barədə vəkil Anar Qasımlı məlumat verib.
 
Onun sözlərinə görə, Binəqədi RPİ-nin 4-cü Polis şöbəsindən maraqlı məlumatlar gəlir:
 
“Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib”.
 
Anar Qasımlı bildirib ki, güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var.

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir