Çərşənbə axşamı , 15 Oktyabr 2024
Drone Cameras

Dollar hegemonluğunun sonu gəldi? – İqtisadçı AÇIQLADI

“Dollardan imtina” siyasətdə iqtisadi populizmdən başqa bir şey deyil.

İqtisadçı ekspert Natiq Cəfərli son vaxtlar bir çox dövlətlərdə qarşılıqlı ticarətdə dollardan imtina edilməsi ilə bağlı səsləndirilən çıxışlara münasibət bildirib.

İqtisadçı hesab edir ki, qarşılıqlı ticarətdə dollardan imtina edilməsi qeyri-mümkündür:

“Bir neçə ölkə daxili siyasətdə xal qazanmaq və ABŞ-la münasibətlərinin pis olduğunu önə çəkərək qarşılıqlı ticarətdə dollardan imtina haqqında tez-tez siyasi bəyanatlar verirlər. Amma bu bəyanatların altını real işlə doldura bilmirlər, dolların gücünün nədən aldığını anlaya bilmirlər.

2015-ci ildə Rusiya və Çin qarşılıqlı ticarətdə dollardan imtina ilə bağlı qərar verdi. Moskvada Putin və Si Cinpin yenə dollardan imtina ilə bağlı danışıblar. Ancaq 2018-ci ilin rəqəmlərinə baxmaq bu danışıqların nəticə verməyəcəyini deməyə kifayət qədər əsas verir. 2018-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 114 mlrd. dollar olub, Rusiya Çinə 60 mlrd, Çin isə Rusiyaya 54 mlrd. dollarlıq mal satıb. 2017-ci ildə qarşılıqlı ticarətdə dolların payı 70,9 mlrd. dollar idisə, 2018-ci ildə bu rəqəm 86,5 mlrd. dollar olub. 2017-ci ildə avro ilə qarşılıqlı ödənişlər 4,1 mlrd. dollar ekvivalentində idisə, 2018-ci ildə bu göstərici 8,3 mlrd. dollara ekvivalentinə bərabər olub. Göründüyü kimi hər il qarşılıqlı ödənişlərdə dolların da, avronun da həcmi artır”.

N.Cəfərli vurğulayıb ki, hər iki ölkənin dollardan imtina etmək yolunu tutması ilə bağlı bəyanatlar sadəcə populizmdir:

“Rusiyanın Çinə satdığı malların 93%-ə yaxını xammal – neft, qaz, neft məhsulları və meşə materiallarıdır. Bu müqavilələr də dollarla bağlanır, Çin isə Rusiyaya qaloşdan tutmuş maşına qədər hər növ hazır məhsul satır. Rusiyaya onminlərlə çinli iş adamı, şirkət, Çinə isə Rusiyanın barmaqla sayılacaq sayda şirkəti mal satır. Putin istəsə belə, xammal şirkətləri sahibləri malını yuanla satmaz. Eyni zamanda, Si Cinpin tələb etsə belə, çinli iş adamı malını rubulla verməz”.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir