Cümə , 22 Noyabr 2024
Drone Cameras

Uyğur Türklərinə aid 13 ton insan saçı tutuldu – ABŞ gömrüyündə ŞOK (FOTOLAR)

1 milyon uyğur türkü düşərgələrdə əsirdir

Çinin Sincan bölgəsindəki əmək düşərgələrində Uyğur Türk qadınları və uşaqları tərəfindən hazırlandığı bildirilən  insan tükündən istehsal olunan 13 ton məhsul ABŞ gömrüyündə saxlanılıb. Gömrük-Sərhəd Xidmətinin məlumatına görə 800 min dollar dəyərində olan bu məhsulların istehsalı insan hüquqlarının pozulması il müşayitə olunub.

Tutulan saçların Çində düşərgələrdə saxlanılan uyğur türkü qadın-qızlara aid olduğu bildirilir.

Bu həftə ələ keçirilən karqodan çıxan insan saçının Lop County Meixin adlı şirkətə məxsus olduğu üzə çıxıb.  ABŞ rəhbərliyi keçən ay Çinin Sincan şəhərində bu şirkət üçün potensial insan haqları pozuntularına görə sanksiya qərarı vermişdi. Təxminən dörd ildir bölgədəki bir milyon Uyğur Türk təhsili verildiyi iddia edilən düşərgələrdə saxlanılır. Rəsmi Pekin həmçinin bu düşərgələrin “separatçı terrorizmin” qarşısını almaq üçün saxlanıldığını iddia edir.

Associated Press və digər beynəlxalq xəbər agentlikləri əvvəllər Uyğur Türklərinin ideoloji tərbiyəyə məruz qaldıqları bu düşərgələrdə bəzi məşhur Amerika markaları üçün istehsal olduğunu açıqladılar. Ötən həftə Çin rəhbərliyinin müsəlman-türk azlığın əhalisinin artmasının qarşısını almaq üçün məcburi kontrasepsiya metodlarını tətbiq etdiyi irəli sürüldü. Çinli akademik Adrian Zenz tərəfindən edilən araşdırmalar, bəzi kontraseptiv üsullarla, qadınların məcburi spirallaşdırılması ilə bəzi kontraseptiv müdaxilələrin edildiyini söylədi.

Tədqiqat Sincanda əhalinin artım tempinin son illərdə kəskin şəkildə azaldığını ortaya qoydu. Uyğur türk müsəlmanlarının yaşadığı iki böyük bölgədə 2015 ilə 2018 arasında eniş nisbəti 84 faiz oldu. Bu eniş 2019-cu ildə də davam etdi. Sincan bölgəsindəki Çin rəsmiləri düşərgələrin keçən ilin dekabr ayında bağlandığını və məhbusların “məzun olduqlarını” iddia etdilər.

Uyğur türklərinin hazırladığı 13 ton məhsulda insan tükləri aşkarlandı.

Uygur Türklerine yaptırılan 13 tonluk üründe insan saçı tespit edildi
Uygur Türklerine yaptırılan 13 tonluk üründe insan saçı tespit edildi

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …