Bazar , 15 Mart 2026
Drone Cameras

Vəsait çatışmazlığına görə BMT-nin qərargahında işıq və istilik kəsiləcək

BMT qərargahında maliyyə problemləri ilə əlaqədar elektrik enerjisinin, eskalatorların və isitmə sistemlərinin işi məhdudlaşdırılacaq.

Bu barədə “Boyukmillet.com” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlərlə bağlı beynəlxalq təşkilatın baş katibi Antoniu Quterreş göstəriş verib.

Məlumata görə, böhran beynəlxalq təşkilatın büdcəsinə üzv dövlətlərin əskik ödənişləri ilə bağlıdır.

“Əgər dəqiqliyə qalsa, nağd vəsaitlər nöqteyi-nəzərindən təşkilatın vəziyyəti dəhşətlidir”, – deyə təşkilatdan bildirilib.

Qeyd edilir ki, bu vəziyyət BMT-nin son 10 il ərzində qarşılaşdığı maddi vəziyyətin ən ağır böhranıdır. 

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …