Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Vətən müharibəsi dövründə ermənilərin dağıtmaq istədiyi mühüm obyektlərin adları açıqlanıb – SİYAHI

Vətən müharibəsi dövründə qanunsuz silahlı erməni birləşmələri tərəfindən partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərin adları açıqlanıb.

Boyukmillet.com-un xəbərinə görə, bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.

O bildirib ki, Vətən müharibəsi zamanında qanunsuz silahlı erməni birləşmələri tərəfindən edilən təcavüzkar hücumlar yalnız mülki şəxslərin yaşadıqları məntəqələrə deyil, partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərə də cəhd edilib:

“Belə ki, Bakı-Novorossiysk neft kəməri, Mingəçevir Su Elektrik Stansiyası (SES), Qərb İxrac Boru kəməri, Cənubi Qafqaz genişlənmiş Boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Qəbələ Beynəlxalq Hava Limanı da hədəfə alınmışdı”.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …