Vətən müharibəsi şəhidi Ehtiram Şahin oğlu Heydərovun xatirəsi anılıb.
Boyukmillet.com xəbər verir ki, şəhidin doğulub boya-başa çatdığı Xaçmazın Uzunoba kəndində anım mərasimi keçirilib və onun əziz xatirəsi yad edilib.
Tədbirdə şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Qeyd edək ki, 2000-ci ildə Xaçmaz rayonu Uzunoba kəndində anadan olub. O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə qayıtmışdı və könüllü olaraq kəşfiyyatçı kimi ön cəbhədə vuruşurdu.
Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkər edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, o, ölümündən sonra Vətən müharibəsi iştirakçısı, Ağdamın azad olunması medalı, Vətən uğrunda medalları ilə təltif edilib.