Bu ilin sentyabrın 27- nən etibarən Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində hərbi əməliyyatlara başlamışdır.
Müzəffər ordumuz düşmənə hər gün, hər saat ağır zərbələr vuraraq, torpaqlarımızın azad edilməsi istiqamətində qələbələr qazanmaqdadır. Zabit və əsgərlərimizdə olan ruh yüksəkliyinin əsas amillərindən biri də xalqımızın bütöv şəkildə ordumuzun və Ali Baş Komandanın yanında olmasıdır. Vətəndaşlarımız maddi və mənəvi hər baxımdan ordumuza dəstək göstərməkdədir.
Silahlı Qüvvələrimizin hər tərəfli təminatına baxmayaraq insanlarımızın orduya olan sevgisindən hərə bir istiqamətdə yaxından dəstək göstərməyə çalışırlar.
Ağcabədi rayonunda istirahət mərkəzinə rəhbərlik edən Kərimov Xaliq öz kollektivi ilə birlikdə Silahlı Qüvvələrimizin əməkdaşlarına pulsuz xidmət göstərmişdır.
Xaliq Kərimov Boyukmillet.com-un əməkdaşına bildirib ki, nəyinki burda olan obyektləri vasitəsi ilə eyni zamanda, təsərüfatlarından və bütün imkanlarından istifadə edərək ordumuza vətəndaş dəstəyini göstərməkdədirlər.
Boyukmillet.com
Sima Babayeva