Şənbə , 14 Mart 2026
Drone Cameras

Vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası onun özündən tutulacaq

Azərbaycanda vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası onun özündən tutulacaq.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə qanuna yeni maddə əlavə olunur.

Yeni maddəyə əsasən, bu qanunun 39.1-ci və 39.1-1-ci maddələrinə əsasən artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulacaq.

Check Also

Deputat sayının artmasına ehtiyac varmı?

Say artımı keyfiyyəti artıracaqmı? Hüquqşünas deyir ki, Azərbaycandakı deputatlar qanunvericilik təşəbbüsü ilə çıxış etmirlər. Halbuki, …