Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Vəziyyət ciddiləşir: Kürdlər Əsədlə işbirliyinə gedir – Türkiyəyə zərbə

PKK/YPG terror təşkilatına bağlı Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı, general Mazlum Kobani Abdi Türkiyənin bu ölkədə hərbi əməliyyatlara başlamasına dair açıqlama yayıb.

Boyukmillet.com xəbər verir ki, ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra Türkiyənin mümkün hücumlarına qarşı Suriya hakimiyyətinin baçısı Bəşər Əsədlə işbirliyi ehtimalını nəzərdən keçirdiklərini bildirib.

“NBC”-yə danışan kürd general “Masadakı variantlar arasında Əsədlə işbirliyi məsələsi də var” deyib:

“ABŞ-ın geri çəkilməsindən sonra Türkiyə əsas hədəfimizə çevrildi, İŞİD-lə mübarizə ikinci plandadır. Türkiyənin planlaşdırdığı əməliyyatlar narahatlıq yaradır, ABŞ xalqı qərarını dəyişməsi üçün Prezident Donald Trampa təzyiq etməlidir”. 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …