Aspirin on iki yaşa qədər olan uşaqlara yalnız qrip deyil, digər xəstəliklər zamanı da əks göstərişlidir.
Bu barədə rusiyalı həkim İrina Yartseva “Zvezda” telekanalına bildirib.
O qeyd edib ki, virus infeksiyası ilə asetilsalisil turşusunun uzlaşması uşaqda Rey sindromunun yaranmasına səbəb ola bilər. Bu xəstəlik zamanı qaraciyər sıradan çıxır.
“Heç kim də düşünmür ki, uşaqda belə bir hal ola bilər. Ona görə də, qaraciyəri yoxlamaq, və ya müayinə etmək heç kimin ağlına gəlmir”, – deyə həkim bildirib.
Yartsevanın sözlərinə əsasən, bu cür ağırlaşma uşağın ölümü ilə nəticələnə bilər.
Check Also
Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …
Boyukmillet.com Biz yanmasaq vətən yanar