Cümə , 30 Yanvar 2026
Drone Cameras

Vaqif Mustafazadənin xatirəsinə həsr edilən konsert keçirilib 

Görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anadan olmasını 82-ci ildönümünə həsr edilən konsert keçirilib.

Boyukmillet.com xəbər verir ki, konsert ADA Universiteti və Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

“Vaqif Mustafazadə və Uillis Konnover” mövzusunda keçirilən tədbirdə dahi bəstəkar Vaqif Mustafazadənin keçdiyi yaradıcılıq yoluna nəzər salınıb, “Amerikanın səsi” radiosunda 40 ildən çox “Caz saatı” verilişinin aparıcısı olmuş Uillis Konnoverin Vaqif Mustafazadəyə həsr etdiyi verilişlərdən bəhs olunub.

Həmçinin, Azərbaycan musiqiçilərinin ifasında Amerika caz musiqi nümunələri və Vaqif Mustafazadənin əsasını qoyduğu caz-muğam üslubunda kompozisiyalar səsləndirilib.

Check Also

Dövlət teatrlarında bədii rəhbər və baş rejissor vəzifələri ləğv edilib

Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və bu kimi bir sıra digər …