Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb

Polşanın paytaxtı Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb.

“Report”un Avropa bürosunun məlumatına görə, hadisə Varşavanın Belyanı (Bielany) rayonunda baş verib.

Belə ki, axşam saatlarında yaşadıqları ərazidə küçədə azərbaycanlı gənclərin ucadan ingiliscə “Karabakh Is Azerbaijan!” şüarları yaxınlıqdakı kafedə əyləşən 4-5 nəfərdən ibarət gənc erməni oğlan və qızların etirazına səbəb olub.

Onların iradına baxmayaraq azərbaycanlı gənclər şüar səsləndirməsini davam ediblər. Bu zaman kafedən çıxaraq azərbaycanlı gənclərə hücum edən ermənilər ilə insident yaşanıb. Ətrafdakı şəxslər onları ayırıb.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …