Cümə , 27 Fevral 2026
Drone Cameras

Vasif Talıbov səhiyyə işçilərinin maaşını 50 faiz artırdı

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Şərur rayonunda icbari tibbi sığorta tətbiq edilib. Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il iyunun 1-dən həmin publik hüquqi şəxslərin fəaliyyətlərini təmin etsin. 
Həmçinin, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarının işçilərinin aylıq vəzifə maaşları 2019-cu il iyunun 1-dən 50 faiz artılacaq.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir