Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İrandan rəsmi Moskvaya ittiham: “Rusiya şərait yaratdı, İsrail vurdu”

İrandan rəsmi Moskvaya ittiham: “Rusiya şərait yaratdı, İsrail vurdu”

İran İsrailin Suriyanı vurduğu zaman Rusiyanın S-300 hava hücumundan müdafiə sistemləri fəaliyyətini dayandırıb.

Boyukmillet.com xəbər verir ki, bu ittihamla İran parlamentinin Beynəlxalq təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Fəlahətpişə deyib.

Sionist rejimin Suriyaya hava hücumu zamanı S-300 hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini dayandıran Rusiya ciddi şəkildə tənqid olunmalıdır”, -deyə o bildirib.

İranın rəsmi xəbər agentliyi IRNA-ya açıqlama verən Fəlahətpişə İsrail ordusunun bu həftənin əvvəlində Suriya ərazisində SEPAH-ın mövqelərinə qarşı etdiyi hava hücumları ilə bağlı Moskvanı günahlandırıb.

“Rusların S-300 sistemleri faal olsaydı, sionist rejim Suriya topraqlarına rahatlıqla hücum edə bilməzdi”, – İran rəsmisi deyib.

Fəlahətpişə, İsrailin Suriyaya hücumlarının Moskvanın koordinasiyası ilə gerçəkləşdirildiyini  söyləyib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir