Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Vasif Talıbov istefa verib

Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib.

Boyukmillet.com-un xəbərinə görə, o, bu barədə qərarını Ali Məclisin bu gün keçirilən növbədənkənar iclasında açıqlayıb.

Qeyd edək ki, V.Talıbov 1960-cı ilin yanvarın 14-də Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. O, 1995-ci ilin dekabrın 16-dan bu günə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.

Check Also

Əli Əsədov mühüm QƏRAR İMZALADI

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı …