Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Vilyam Hacıyev dövlət hesabına inşa edilmiş binada hər otağa BU QƏDƏR qiymət qoyubmuş… – ŞOK

Sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillər Vilyam Hacıyev tərəfindən pulla verilib.

Məlumata görə, bu barədə İmişli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev DTX-nin apardığı istintaq zamanı bildirib.

O qeyd edib ki, V.Hacıyev dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş məzillərin hər biri üçün pul vəsaiti alınması göstərişini verib:

“Birotaqlı mənzilə 10 min manat, ikiotaqlı mənzilə 20 min manat, üçotaqlı mənzilə isə 30 min manat alınması üçün tapşırıq verib. İnsanlarla görüşürdük, ev istəyirdilər. Onların vəziyyətini Vilyam müəllimə danışırdım. Deyirdi ki, yox, olmaz. Müəyyən vaxtdan sonra həmin vətəndaşlar müxtəlif məbləğdə pul vəsaitlərini mənə təqdim edirdilər. Mən də Vilyam Hacıyevə verirdim”. (oxu.az)

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …