“Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında il ərzində əməkdaşlığın 30 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək”.
Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva jurnalistlərə bildirib.
“Bu il əməkdaşlığın qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək. Otuz il əvvəl əməkdaşlığa başlayanda Azərbaycan gənc ölkə idi, bu gün isə o, beynəlxalq arenada güclü tərəfdaşdır”, – BMT-nin rezident-koordinatoru deyib.
Onun sözlərinə görə, silsilə tədbirlər çərçivəsində martın 18-də BMT və Azərbaycan arasında yüksək səviyyəli dialoqun keçirilməsi planlaşdırılıb. Dialoq zamanı münaqişədən və COVID-19 pandemiyasından sonrakı dövrdə əməkdaşlıq müzakirə olunacaq. Bundan başqa, yazda xeyriyyə bazarının və s. keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan və ABŞ arasında diplomatik münasibətlər 1992-ci il fevralın 28-də qurulub. 1992-ci il martın 17-də ABŞ-ın Bakıda səfirliyi açılıb.