Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Vladimir Putinin Tacikistana səfərinin tarixi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 15-də Tacikistan Prezidenti Emomali Rahmonun dəvəti ilə Düşənbəyə səfər edəcək.

Boyukmillet.com  “tj.sputniknews”a istinadən xəbər verir ki, məlumatı Tacikistanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Vladimir Putinin Emomali Rahmonla təkbətək görüşü nəzərdə tutulub.

Məlumata görə, prezidentlər Düşənbə, Xocənd, Kulyab, Bohtar və Tursunzoda şəhərlərindəki rusdilli 5 məktəbin təməlqoyma mərasimində virtual olaraq iştirak edəcəklər.

Görüşün yekununda Rusiya və Tacikistan liderləri ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair 10-dan çox sənəd imzalayacaqlar.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …