Onun sözlərinə görə, Rusiyanın itkisi 198 min nəfərdir
Müharibə başlayandan Ukrayna 43 min əsgərini itirib.
Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Xalqımız öz evini canı bahasına qoruyur, əsgərlərimizin və mülki vətəndaşlarımızın hər birinin həyatı bizim üçün qiymətlidir. Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna döyüş meydanında 43 min əsgərini itirib. 370 min yaralıya yardım göstərilməsi halı var. Yaralıların təxminən 50 faizi yenidən döyüş sıralarına qayıdırlar”, – Zelenski bildirib.
O, Rusiyanın itkilərini də dəyərləndirib. Zelenskinin sözlərinə görə, Rusiyanın itkisi 198 min nəfərdir. Yaralananların sayı isə 550 mindən çoxdur.
2024-cü ilin fevralında Zelenski bildirmişdi ki, Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri 31 min Ukrayna əsgəri həlak olub.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.