Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Vüqar Həşimov” klubu Avropa Kubokunda mübarizə aparacaq

Şahmat üzrə “Vüqar Həşimov” klubu sentyabrda Şimali Makedoniyada keçiriləcək 36-cı Avropa Kubokunda iştirak edəcək.

Federasiyadan  verilən məlumata görə, klubunun heyətində Avropa çempionu Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, yeniyetmələrin dünya birinciliyinin qalibi, Ümumdünya Şahmat Olimpiadasının qızıl medalçıları Aydın Süleymamlı və Əhməd Əhmədzadə, eləcə də Ülvi Sadıqov və Murad İbrahimli yer alacaq.

Komandanın kapitanı FIDE məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev olacaq.

Qeyd edək ki, Avropa Kuboku 17-25 sentyabrda Şimali Makedoniyanın Ştruqa şəhərində təşkil olunacaq. 2020-ci ildəki yarış pandemiya səbəbindən keçirilməyib.

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …