Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ermənistan parlamentində yenə dava düşüb, deputatlar bir-birlərinə butulka atıb

Xəbərə video əlavə olunub.

Ermənistanın qanunverici orqanının bugünkü iclasında qalmaqal yaşanıb.

Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını təmsil edən Hayk Sarkisyanın çıxışı müxalif deputatların qəzəbinə səbəb olub.

H.Sarkisyan iqtidarın siyasətini müdafiə edən çıxışı zamanı Ermənistanın bütün keçmiş müdafiə nazirlərini satqın adlandırması ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasının deputatları tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Müxalifətçilər H.Sarkisyana butulka atıb, sonradan bütün fraksiyalar bir-birinə butulka atmağa başlayıb, insident böyüyüb.

Qeyd edək ki, dünən də Ermənistan parlamentində qarşıdurma yaranmışdı.

https://youtu.be/lfOiBTlG3JY

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …