Cümə axşamı , 19 Mart 2026
Drone Cameras

Vüqar Oruc: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir

“Bu gün 26 fevral Xocalıda dinc əhaliyə qarşı erməni-rus hərbi birləşmələrinin və terrorçularının dinc əhaliyə qarşı törətdiyi vəhşiliyin, insanlığa qarşı cinayətin baş verdiyi tarixdir.

26 fevral 1992-ci ildə Xocalı şəhərində törədilmiş soyqırımı Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. Dinc əhaliyə qarşı törədilən bu vəhşilik beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi”.

Boyukmillet.com xəbər verir ki, bunları Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, CAATS prezidenti Vüqar Oruc deyib. O bildirib ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirmişdir:

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən dəfələrlə vurğulandığı kimi, tarixi ədalət bərpa olunmalı idi və olundu.

Bu gün Xocalı Azərbaycanın suveren ərazisidir. Dövlətimizin qətiyyətli siyasəti və Ordumuzun şücaəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilmişdir. Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, həyat yenidən qayıdır. Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq. Onların qanı yerdə qalmadı”.

Vüqar Oruc, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq biz dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləyir, azad edilmiş ərazilərin iqtisadi inkişafı və dayanıqlı dirçəlişi istiqamətində görülən işləri yüksək qiymətləndiririk”,-deyə vurğulayıb.

Check Also

Əli Əsədov yeni qərar İMZALADI

Nazirlər Kabineti “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə 14 iyul 2025-ci il tarixli qanunun …