Xəlil Rza Ulutürk sevib-seçdiyi Firəngiz xanımla ailə həyatı qurmuşdu. Yeddi illik həsrətdən sonra onlar valideyn olmuşdular. Dünyaya gələn ilk körpəsinin adını Təbriz qoydular. Təbriz Xəlilbəyli Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yola düşmüş, Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olmuşdu. Xəlil Rza Ulutürk oğlunun ölüm xəbərini qəzetdən oxuyur və həyat yoldaşı Firəngiz xanıma səslənərək deyir:
- Gözün aydın, oğlumuz şəhid oldu…
Xəlil Rza Ulutürk əsl azadlıq, istiqlal mücahidi idi. Şəhid oğlu Təbrizin dəfnində son sözünü demək, oğlu ilə vidalaşma anında Xəlil Rza bir daha həyat yoldaşına səslənərək deyir: - Firəngizi təbrik edirəm, oğlu şəhidliyə ucaldı, vətən uğrunda getdi, bu, hər anaya qismət olmur”.
Bax, belə insan idi Xəlil Rza Ulutürk… Türkçü, mərd, dürüst, vətənpərvər və ən əsası şəxsiyyət…
Ruhun şad olsun, böyük insan!
- Leyla Məmmədova
- Bərdə rayon 10 saylı körpələr evi, uşaq bağçasının müdirəsi