Xəzər Televiziyasının yeni rəhbərinin adı məlum olsa da, hələ ki, bu vəzifəyə bir neçə namizəd ətrafında müzakirələr aparılır.
Boyukmillet.com xəbər verir ki, ola bilsin televiziyaya rəhbər İTV kanalından gətirilsin.
Qeyd edək ki, Murad Dadaşovun rəhbər gətirilməsi xəbəri sosial şəbəkələrdə birmənalı qarşılanmamışdı. Onun barəsində ironiyalı münasibətlər özünü daha qabarıq göstərib.
Hətta KONKRET.az Murad Dadaşovun təyinatı ilə bağlı “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun rəhbəri Tahir İmanovun münasibətini öyrənməyə çalışsa da, o, həmkarını təbrik belə etməmişdi. Deməli, dolayısı yolla Tahir İmanov da xəbərin ciddiliyinə inanmamışdı.
Mənbənin bildirdiyinə görə, Xəzər TV-nin yeni rəhbərinin adı yaxın günlərdə açıqlanacaq.
P.S. Redaksiya yeni namizədlərin adını bilsə də, tam dəqiqləşdirmə aparılmadığından adlarını yazmaq ehtiyacı yaranmadı.
Check Also
FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …
Boyukmillet.com Biz yanmasaq vətən yanar