Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Xaçatryan həbs edildi

İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsinə qərar verib.

Boyukmillet.com bu barədə erməni mediasına istinadən bildirir.

Bundan əvvəl onun vəkili Arsen Babayan deyib ki, arxiyepiskop Arşak mətbuat konfransından bəri bu nəticəyə hazır idi.

Arxiyepiskop Arşak Xaçatryana qarşı Cinayət Məcəlləsinin 393-cü maddəsinin 2-ci hissəsinin 1 və 4-cü bəndləri (bir qrup şəxs tərəfindən ictimai yerdə qabaqcadan razılaşdırılaraq narkotik vasitələrin qanunsuz satışı) ilə ictimai cinayət işi açılıb.

Arxiyepiskop Arşak dekabrın 4-ü axşam saatlarında həbs edilib. O, 2018-ci ildə keçirilən etiraz aksiyası zamanı iştirakçılardan birinin çantasına narkotik maddə atmaqda ittiham olunur.

Bundan əvvəl hakim Masis Melkonyanın qərarı ilə arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapayan həbs edilib.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …