Bazar , 15 Noyabr 2026
Drone Cameras

Xaçmazda avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb, ölən və yaralanan var

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Xaçmaz-Xudat avtomobil yolunun Köhnəxaçmaz kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarındakı səkiyə çırpıb.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Şəhriyar Məmmədov dünyasını dəyişib.

Avtomobildə olan digər şəxs, 2002-ci il təvəllüdlü Gülməmməd Gülməmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …