Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Boyukmillet.com xəbər verir ki, rayonun Qaradağlı kənd sakini, 1967-ci il təvəllüdlü Neymətov Ziyad Baba oğlu yolu keçərkən “VAZ-2108” markalı minik avtomobili onu vurub.

Yaralı hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …