Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

Xalq şairi ölkə ziyalılarını təbrik etdi

Sabir Rüstəmxanlı: “Bu gün yalnız müəllimlərin deyil, bütün ziyalıların günüdür”

5 oktyabr tarixi bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.

Boyukmillet.com-a açıqlama verən xalq şairi Sabir Rüstəmxanlı bu gün münasibəti ilə müəllimlərlə yanaşı, bütün ziyalıları təbrik edib:

“Bildiyiniz kimi, 5 oktyabr bütün dünyada olduğu kimi ölkəmizdə də, müəllimlər günü kimi qeyd edilir. Mən bu gün münasibəti ilə yalnız müəllimləri deyil, bütün ziyalıları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Çünki bu gün müəllimlərimizin timsalında həm də ziyalılarımızın günüdür. Hər bir ziyalının formalaşmasında müəllimlərin rolu olduğu kimi, hər bir ziyalı da öz növbəsində bir müəllim hesab edilə bilər.

Müəllimlərin hər bir xalqın, hər bir cəmiyyətin inkişafındakı rolu böyükdür. Çünki hər bir xalqın sabahını, gələcəyini onların təlim-tərbiyə verdiyi insanlar müəyyən edir. Odur ki, müəllimlərin əməyini lazımınca qiymətləndirmək bizim borcumuzdur”.

 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir