Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 8-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 4 ədəd patron darağı, 1 alışdırıcı, 241 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Check Also

Yağışdan sonra sürüşmə zonaları aktivləşib- Rəsmi

Son günlər yağan intensiv yağıntılar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb. …