Quraqlıq səbəbindən Xankəndi şəhərini su ilə təmin edən 3 çaydan biri tamamilə quruyub, 2 çayın suyu isə xeyli azalıb. Bu baxımdan, şəhərin 30 faizinin su ilə təminatı sıfıra düşüb. Hazırda, su olmayan məhələlərə su maşınla daşınır.
Boyukmillet.com xəbər verir ki, bölgədə olan Rusiya hərbçiləri su təchizatı ilə bağlı xüsusi fəallıq göstərirlər.
Şəhər təsərrüfatını idarə edənlər su probleminin Azərbaycanın nəzarətinə keçən ərazilərdən axınların tıxanması səbəbindən yaranması versiyasını inkar edirlər.
Şəhərin qondarma bələdiyyə sədrini müavini Ruban Aramyan bildirib ki, sentyabrın ortalarına qədər şəhər sakinləri hələ də su çatışmazlığı yaşayacaqlar: “Bəzi ərazilərdə təxminən 10 gündür ki, krandan bir damla belə su axmır. Gecə-gündüz su təchizatı olmayan yerdə, su avtomobillə əhaliyə verilir. Və ümumiyyətlə, suyun olmadığı ərazilərdə həyətlərə çənlər quraşdırılıb. Avtomobillər onları doldurur, insanlar da bu sudan istifadə edirlər”. .
Abramyana görə Xankəndinin bütün əhalisini artezian suyu ilə təmin etmək mümkün deyil. Onun sözlərinə görə, buna səbəb su təchizatı şəbəkəsinin parçalanmasıdır ki, bunun nəticəsində şəhərin qeyd olunan 30% -nə bu mənbələrdən su verilməsi mümkün olmur.
Abrahamyan su təchizatı probleminin müharibədən sonra yayda yarandığını və bunun Azərbaycanın nəzarətinə keçən ərazilərdən su axınının bağlanması ilə bağlı olduğunu inkar edib: “Quraqlıq səbəbindən bu çaylar qurudu və Xankəndi sakinlərini susuz qoydu. İlk yağışdan sonra – 1-2 saat ərzində normal yağış yağarsa – su problemi olmayacaq”.
Lakin hava şəraitinə və meteoroloji proqnozlara görə Stepanakert sakinləri bu çayların su ilə dolmasını uzun müddət gözləməli olacaqlar. Hesablamalara görə, şəhərdə su problemi sentyabrın ortalarına qədər davam edəcək.